Ronaldudan 7 mərtəbəli bina

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kritştiano Ronaldo daha bir daşınmaz əmlak alıb.

Sportline.az xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçusu vətənində 7 mərtəbəli binaya sahib olub. Onun Funşal şəhərində aldığı binanın 2 mərtəbəsini anası və qardaşına hədiyyə etdiyi bildirilir.

Ronaldunun binanı turizm məqsədi ilə aldığı vurğulanır.