Ronaldinyo çıxılmaz vəziyyətdə

Braziliya millisinin sabiq üzvü Ronaldinyo çətin günlər yaşayır.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, borclarına görə əfsanəvi futbolçunun bir neçə əmlakının fəaliyyəti məhdudlaşdırılıb. Braziliya məhkəməsi onun ölkədən çıxışına da qadağa qoyub. 39 yaşlı veteran futbolçunun 57 daşınmaz obyektinin fəaliyyəti dondurulub.

Qeyd edək ki, Ronaldinyo Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. O, yığma ilə 2002-ci il dünya çempionatının qalibi olub. Ulduz oyunçu Avropada PSJ, "Barselona" və "Milan"da çıxış edib. "Qızıl top" mükafatına bir dəfə sahib olan Ronaldinyo son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib.