Ronaldinyo yenidən "Barselona"da

Braziliya millisinin əfsanəvi futbolçularından olan Ronaldinyo “Barselona”ya qayıdır.

Sportline.az xəbər verir ki, məşhur braziliyalı, bu barədə “Instagram” səhifəsində məlumat yayıb:

“Mən evimdəyəm. Bu cür sevgi və hörmətə görə tanrıya minnətdaram. Burada həmişə inanılmaz enerji var. Prezidentlə görüşdüm. Tezliklə xəbəri elan edəcəyik”.

Cənubi amerikalının Kataloniya klubunda hansı vəzifəni tutacağı məlum deyil.

Xatırladaq ki, o, 5 il - 2003/2008-ci illərdə "Barsa"nın şərəfini qoruyub.