Ronaldo 700-ə çatdı

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerasının 700-cü qolunu vurub.

Sportline.az xəbər verir ki, bu, AVRO-2020-nin seçmə mərhələsində Ukrayna ilə səfər görüşündə (1:2) baş verib. 34 yaşlı hücumçu sözügedən matçda 72-ci dəqiqədə penaltidən fərqlənib.

Ronaldo "Real"da 450, "Mançester Yunayted"də 118, Portuqaliya millisində 95, "Yuventus"da 32, "Sportinq"də isə 5 qol vurub.

Beləliklə o, Romario, Pele, Jozef Biçan Qerd Müller və Ferenç Puşkaşdan sonra milli və klub forması ilə 700 qol səddinə çatan 6-cı futbolçu olub.