Ronaldo sevgilisi ilə evləndi

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigeslə evlənib.

Sportline.az xəbər verir ki, bu barədə  İtaliyanın "Novella 2000" jurnalı məlumat yayıb. Bildirilib ki, nikah mərasimi bu günlərdə Mərakeşdə keçirilib və ictimaiyyət üçün bağlı olub. Nəşr ən yaxın nömrələrində  tədbirdən şəkil dərc edəcəyini açıqlayıb. Ancaq hələlik bu məlumat təsdiqlənməyib.

Qeyd edək ki, Ronaldo və Rodriqesin birgə bir qızı var.