Ronaldo və Messinin səsverməsi

FİFA-nın The Best-2019 mükafatının səsverməsi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Sportline.az xəbər verir ki, bu dəfə də əsas diqqət Lionel Messi və Kriştianu Ronaldida olub. Messinın 6-cı dəfə dünyanın ən yaxşı oyunçusu seçildiyi bu yarışmanın təqdimetmə mərasiminə Ronaldu qatılmayıb. Sonradan məlum olub ki, Kriştianunun seçimində nə Messi, nə də final mərhələsindəki “üçlük”də yer alan digər futbolçu – Vircil van Deyk olub. O, səsini müvafiq ardıcıllıqla Matteys de Liqt, Frenki de Yonq və Kilian Mbappeyə verib.

Messi isə budəfəki səsvermədə ikinci yerdə Ronaldunun adını qeyd edib (birinci yer Mane, üçüncü yerdə isə Frenki de Yonq).
 
Kiçik araşdırmadan sonra məlum olub ki, Ronaldu heç vaxt Messiyə səs verməyib. Argentinalı isə 2018 və 2019-cu illərdə portuqaliyalıya səs verməklə onu ən yaxşılar sırasında görüb.

Qeyd edək ki, bu dəfəki sorğuda Messi birinci, Virdcil van Deyk ikinci, Kriştianu Ronaldu isə üçüncü olub.