Ronaldu "Yuventus"da

Kriştianu Ronaldunun "Yuventus"a keçidi dəqiqləşib. SportLine.az xəbər verir ki, bu barədə "Real" klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, portuqaliyalı ulduz komanda ilə vidalaşıb. Onun yaxın saatlarda "Yuventus"la münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, K.Ronaldu 2009-cu ildən "kral klubu"nun şərəfini qoruyurdu.