Ronaldu A Seriyada 10 klubu arxada qoydu

Yay transfer pəncərəsində "Yuventus"a keçən Kriştianu Ronaldu ilinə 31 milyon avro qazanacaq. 

SportLine.az xəbər verir ki, portuqaliyalı ulduz bu göstərici ilə A Seriyada çıxış edən 10 klubu arxada qoyacaq. Futbolçu "Atalanta", "Kalyari", "Kiyevo", "Empoli", "Frozinone", "Cenoa", "Parma", "Sassuolo", SPAL və "Udineze"nin komandaya ödədiyi illik maaşdan daha çox gəlir əldə edəcək. 

Qeyd edək ki, K.Ronaldu A Seriyasında ən çox maaş alan futbolçudur. Onu 9,5 milyon avro göstərici ilə Qonzalo İquain ("Milan") izləyir.