Ronaldu daha 3 "Qızıl top" istəyir

"Daha üç "Qızıl top" qazanmaq istərdim. Amma bu gün də təqaüdə çıxsam, özümü xoşbəxt hiss edəcəyəm".

SportLine.az goal.com saytına istinadən xəbər verir ki, bu sözləri Madrid "Real"ının ulduzu Kriştianu Ronaldu deyib. 

Xəyallarının hamısını karyerası ərzində gerçəkləşdirdiyini deyən portuqaliyalı bundan daha artığına nail ola biləcəyinə inanır:

"Peşəkar futbol həyatımda beş "Qızıl top" qazanmışam. Xəyallarımızın hamısını gerçəkləşdirmişəm. Buna görə, xoşbəxtəm. Amma bundan daha artığını etmək gücündəyəm".