Ronaldu Dünya çempionatlarının tarixinə düşdü

Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu adını Dünya çempionatlarının tarixinə yazdırıb. SportLine.az xəbər verir ki, futbolçu buna DÇ-2018-in ilk turu çərçivəsində İspaniya ilə görüşdə üç qol vurmaqla nail olub.

33 yaşlı hücumçu Mundiallar tarixinə het-trikə imza atan ən yaşlı oyunçu kimi düşüb.

Xatırladaq ki, Portuqaliya - İspaniya dueli 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.