Ronaldu: "Millidə oynamaqdan qürur duyuram"

Portuqaliya millisi və "Yuventus"un hücumçusu Kriştianu Ronalduya "Qızıl top" barədə sual ünvanlanıb.

Sportline.az xəbər verir ki futbolçu fərdi mükafatların onun üçün prioritet olmadığını bildirib:

"Həmişə dediyim kimi, fərdi mükafatlar barədə düşünmürəm. Mükafatlara layiq görülmək gözəldi, yalan deməyəcəm, sadəcə, onlar - komandanın uğurlarının nəticəsidi.

Özümü yaxşı hiss edirəm. Millidə oynamaqdan qürur duyuram. Təkcə vurduğum qollara görə yox, həm də son illərdə milli komandanın səviyyəsinin artmasına görə sevinirəm".