Ronaldu: "Özümü futbol tarixinin ən yaxşısı hesab edirəm"

Kriştiano Ronaldo özünü futbol tarixinin ən böyük oyunçularından sayır.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, bu haqda o, verdiyi son geniş müsahibədə bildirib. “Yuventus”un hücumçusu deyib: “Mən özümü futbol tarixinin ən yaxşısı hesab edirəm. Amma əgər kimin üçünsə başqası ən yaxşı oyunçudursa və mən ikinciyəmsə, bu, məni narahat etmir. Mən onsuz da bilirəm ki, tarixə bütün dövrlərin ən yaxşı oyunçularından biri kimi düşmüşəm”.

O, həmçinin Messi ilə arasındakı rəqabət haqda da danışıb.

Hər iki oyunçu indiyədək 5 dəfə FİFA-nın “Qızıl top”unu qazanıb. Lakin Ronaldo hesab edir ki, o, daha artığına layiqdir: “Messi futbol tarixinə düşüb. İndiyədək qarşılaşdığım ən güclü futbolçudur. Amma fikrimcə, mənim altı, yeddi, yaxud səkkiz “Qızıl top”um olmalıdır. Fikrimcə, bu, mənim haqqımdır”.