Ronaldu Peleyə çatdı
DÇ-2018-in ilk turu çərçivəsində keçirilən Portuqaliya - İspaniya matçı Kriştianu Ronaldu üçün bir neçə məqamla yadda qalıb. SportLine.az xəbər verir ki, het-trikə imza atan futbolçu 4 Dünya çempionatında qol vuran 4-cü futbolçu olub. Buna qədər Pele, Uve Zeler və Miroslav Kloze bu uğura nail olmuşdu.
Bununla yanaşı, futbolçu şəxsi karyerasında və Dünya çempionatları tarixində 51-ci het-triki rəsmiləşdirib.
K.Ronaldunun 4-cü dəqiqədə vurduğu qol Mundiallar tarixində ən erkən 3-cü penalti qolu olub.
Xatırladaq ki, Portuqaliya - İspaniya görüşü 3:3 hesablı bərabərliklə yekunlaşıb.