Ronaldu "Real"dan ayrılmaq istəyir
"Real"ın futbolçusu Kriştianu Ronaldu komandadan ayrılmaq niyyətindədir. SportLine.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbər görə, Çempionlar Liqasının finalından öncə portuqaliyalı ulduz Madrid təmsilçisi ilə vidalaşmaq istədiyini bildirib. Komanda yoldaşları ilə bu barədə danışan hücumçu "Mançester Yunayted"ə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, K.Ronaldunun "kral klubu" ilə 2021-ci ilədək müqaviləsi var. "Corriere dello Sport" məlumatına görə, futbolçu klub rəhbərliyindən yeni şərtlərlə müqavilə imzalanmasını tələb edir. Futbolçunun maaşının 4 dəfə artırılmasını istədiyi deyilir. Hazırkı şərtlərə əsasən, 33 yaşlı hücumçu ilinə 21 milyon avro qazanır.