Ronaldunun Çempionlar Liqasında ilk oyunu
Kriştianu Ronaldu "Yuventus"un heyətində Çempionlar Liqasında debüt etməyə hazırlaşır. Sabah "Valensiya"ya qarşı səfərdə keçiriləcək görüş portuqaliyalı futbolçunun "ağ-qara" formada qitənin ən nüfuzlu klub turnirində ilk oyunu olacaq.
SportLine.az saytı matç ərəfəsində K.Ronaldunun Çempionlar Liqasında debüt oyununu sizinlə paylaşır.
Qeyd edək ki, portuqaliyalının debütü 1 oktyabr 2003-cü il tarixinə təsadüf edib. Həmin vaxt "Mançester Yunayted"in şərəfini qoruyan futbolçu "Ştutqart"a qarşı oynayıb. Görüş Bundesliqa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.