Ronaldunun oğlu "Yuventus"un məşqində

Portuqaliyalı ulduz Kriştianu Ronaldunun oğlu "Yuventus"un U-9 komandasının heyətində məşqlərə başlayıb. SportLine.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, atası ilə eyni adı daşıyan 8 yaşlı Kriştianunu Ronaldu və sevgilisi Corcina Rodrigez də izləyib. 

Qeyd edək ki, bir neçə gün öncə A Seriyanın yayımçı şirkətinə müsahibəsində K.Ronaldu oğlunun da peşəkar futbolçu olmağını istədiyini, amma bununla bağlı ona heç vaxt təzyiq göstərməyəcəyini bildirib.