"Rostov"un sabiq futbolçusu milli komandamızda

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə daha bir futbolçu dəvət olunub.

Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, ötən mövsümün ikinci yarısında Rusiyanın "Rostov” klubunda çıxış etmiş Elvin Talıbov komandaya qoşulub. O, iyulun 5-dən başlanan hazırlıq prosesində iştirak edir. İyulun 27-dək davam edəcək toplanış ərzində 5 yoxlama oyunu nəzərdə tutulub. U-19 iyulun 15-də "Keşlə”nin əvəzediciləri, iyulun 18-də və 21-də "Qəbələ”nin əvəzediləri, iyulun 24-də MOİK, iyulun 27-də "Şüvəlan”la qarşılaşacaq. 

Qeyd edək ki, Elvin Talıbov 22 fevral 2000-ci ildə anadan olub. O, 22 fevralda "Rostov"un gənclərdən ibarət komandasına cəlb olunub. 3 oyuna çıxan Talıbov iyunun 8-də komandadan kənarlaşdırılıb.