Rövnəq Abdullayev: "Biz bunu bacaracağıq"

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin növbəti iclası “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında keçirilib.

Sportline.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev iclasdan sonra komitə üzvləri ilə birlikdə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə məşqini izləyib.

Abdullayev futbolçularla söhbət zamanı Avro-2020 ilə bağlı arzusunu söyləyib: "Biz istəyirik ki, komandamız Avropa çempionatında iştirak etsin. Bu da siz futbolçuların əlindədir. İnanıram ki, biz bunu bacaracağıq. Bizim belə bir devizimiz var: "Niyə də yox?!" Hər şey öz əlimizdədir. Mən də çalışacağam ki, qələbədən sonra birlikdə sevinək. Elə bilin ki, axırıncı gününüzdür. Bu bir müharibədir. Qarşıdakı oyunlarda qələbə qazanmalıyıq. Qələbələr həm sizin karyeranızda böyük rol oynayacaq, həm də bizi sevindirəcək".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.