Rövnəq Abdullayev "Sumqayıt"ın bazasında
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev SOCAR-ın Azərikimya İB-nin balansında olan "Sumqayıt" klubunun bazasında yeni meydançaların inşası işləri ilə tanış olub.
SportLineazklubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər 1 süni örtüklü meydanın mövcud olduğu ərazidə hazırda AFFA-nın dəstəyi ilə 2 təbii örtüklü, 1 süni örtüklü və 2 mini-futbol meydanı inşa edilməkdədir.
Görülən işlərlə yerində tanış olan R.Abdullayev müvafiq tövsiyə və tapşırıqlarını verib.