Rüfət Dadaşov fərqləndi, komandası qələbə qazandı

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu Berlin "Dinamo"su Almaniya Regional Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Altqlinike" kollektivi olub.

Qarşılaşma "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 2:1.

R.Dadaşov 90 dəqiqə mübarizə aparıb və komandasının ilk qoluna imza atıb.

"Dinamo" hazırda 18 komanda arasında 46 xalla ikincidir. 

R.Dadaşov 22 qolla yarışın bombardiridir.