Rüfət Dadaşov komandasına qələbə qazandırdı

Futbol üzrə Almaniya III Bundesliqasında 19-cu turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” də növbəti matçına çıxıb.

Doğma meydanda “Maqdeburq”la qarşılaşan "Proyssen" bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Start heyətdə meydana çıxan millimizin forvardı, 36-cı dəqiqədə fərqlənərək, cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Münster klubu 19 turdan sonra 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.