Rüfət Dadaşov rəqibin burnunu qırıb

Millimizin hücumçusu Rüfət Dadaşov rəqibinin burnunu sındırıb.

Sportline.az xəbər verir ki, hadisə III Bundesliqanın XXXII turunun "Münhen 1860" - "Proyssen" oyununda baş verib. Dadaşov 76-cı dəqiqədə top uğrunda mübarizə zamanı dirsəyi ilə "Münhen 1860"ın futbolçusu Simon Lorentsi vurduğu üçün sarı vərəqə ilə cəzalandırılıb. Tibbi müayinədən keçən futbolçunun burun sümüyündə qırıq aşkarlanıb.  

Qeyd edək ki, Rüfət Dadaşov görüşün 30-cu dəqiqəsində komandasının yeganə qoluna imza atıb.