Rüfət Dadaşov yenidən millidə

Almaniyanın "Proyssen Münster" klubunun hücumçusu Rüfət Dadaşov yenidən Azərbaycan millisinə dəvət alıb.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi Tvitter səhifəsi yayıb. 28 yaşlı hücumçu “Avro-2020”nin Uels və Xorvatiya ilə matçlarında heyətdə yer alacaq.
 
Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.