Rüfət Dadaşov zədələndi
Azərbaycan millisinin və Almaniyanın "Proyssen" klubunun üzvü Rüfət Dadaşov zədələnib. SportLine.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Xəbərdə futbolçunun III Bundesliqanın son turu çərçivəsində "Braunşvayq"la görüşdə zədələndiyi bildirilib. Onun əzələsində problem aşkarlanıb.
"Proyssen"in baş məşqçisi Marko Antverpen açıqlamasında R.Ddaşov üçün 2018-ci ilin bitdiyini vurğulayıb.
Futbolçunun zədələnməsinə səbəb kimi onun oktyabr və noyabr aylarında klubu ilə yanaşı, Azərbaycan millisində də oyunlar keçirməsi göstərilir. Sıx qrafik hücumçunun əzələsinin yorulmasına gətirib çıxarıb.