Rüfət Dadaşovun qolu da qələbə üçün yetmədi

Almaniya III Bundesliqasında XVIII tura yekun vurulub.

Sportline.az xəbər verir ki, bağlanış oyununda Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" "Meppen"in qonağı olub və 1:3 hesabı ilə uduzub.

Dadaşov 57-ci dəqiqədə meydana buraxılıb. Komandanın yeganə qolunu Rüfət vurub. O, 75-ci dəqiqədə fərqlənib.

18 turdan sonra "Proyssen" 13 xalla 20 iştirakçı arasında 19-cudu.