Rusiya - Azərbaycan: Heyətlər açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunda mübarizəyə başlayır. SportLine.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi komandanın ilk rəqibi meydan sahibləri - Rusiya seçməsi olacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, I qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya da yer alıb. 14-27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.

20 mart 2019
Avropa çempionatının elit-raund mərhələsi
I qrup

18:00. Rusiya (U-19) - Azərbaycan (U-19)
Hakimlər: 
Adrian Jakotte, Vital Jobin (hər ikisi İsveçrə), Balaj Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu

Azərbaycan: 1. Nicat Mehbalıyev (k.), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 11. Elvin Cəfərquliyev, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 23. Musa Qurbanlı, 24. Elnur İbrahimov

Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 2. Rüstəm Nuruyev, 6. İdris İnqilablı, 9. Murad Mahmudov, 14. Zahid Mərdanov, 20. Sərhat Taşdemir, 21. Zamiq Əliyev

Baş məşqçi: Vüqar Məmməd

Rusiya: 12. Anton Şitov, 3. İlya Martınov, 4. Aleksandr Miyaylov, 5. Pavel Maslov, 6. Vladimir Moskviçev, 8. Nail Umyarov (k.), 9. Həmid Ağalarov, 10. Danila Yanov, 11. Vladislav Karapuzov, 17. Turqay Möhbalıyev, 19. Danil Prutsev

Ehtiyat oyunçular: 1. Maksim Borisko, 2. Artyom Gürcan, 13. Danila Proşlyakov, 14. İlya Qomanyuk, 15. Rail Abdulin, 16. Mixail Ageyev, 18. Dmitri Molçanov, 20. Aleksandr Çernikov

Baş məşqçi: Andrey Qordeyev