Rusiya - Çexiya görüşü FİFA referimizə tapşırıldı
FIFA referimiz Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyununa təyinat alıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, gənc referi sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq.
Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.