Rusiya futbolunda da VAR var
VAR sistemi Rusiya kubokunda da tətbiq olunub.
Sportline.az xəbər verir ki, Rusiya kuboku turnirinin yarımfinal mərhələsinin ilk görüşündə "Ural" "Arsenal"ı (Tula) qəbul edib. Matçın ikinci hissəsində mübahisəli epizodu dəqiqləşdirmək üçün VAR sisteminə ehtiyac duyulub. Yalnız bundan sonra meydan sahiblərindən Petrus Bumal qırmızı vərəqə ilə cəzalandırılıb.
Buna baxmayaraq, azlıqda qalan "Ural" minimal hesablı qələbəyə sevinib. Cavab qarşılaşması mayın 15-də Tulada olacaq.