Rusiya klubunda baş məşqçi istefası

Rusiyanın "Soçi" klubunun baş məşqçisi Aleksandr Toçilin istefaya göndərilib.

Sportline.az xəbər verir ki, komandanın uğursuz çıxışı buna səbəb olub.

Onun səlahiyyətlərini Roman Berezovski yerinə yetirəcək.

45 yaşlı Toçilin 2015-ci ildən komandanın sükanı arxasında idi.

Qeyd edək ki, bu mövsüm 16 oyuna 13 xal toplayan "Soçi", Rusiya Premyer Liqasının yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb.