Rusiya mətbuatı Ramil Şeydayevə belə qiymət verib

Rusiyanın  soccer.ru saytı yayda Premyer Liqa klublarının etdiyi ən uğursuz transferlərin siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıda millimizin üzvü Ramil Şeydayevin də adı var. Yayda azad agent kimi Moskva "Dinamo"suna qatılan 23 yaşlı hücumçunun ümidləri doğrultmadığı bildirilib: "Baş məşqçi ilk turlarda mərkəz hücumçusu tapa bilmədiyi üçün Şeydayevi oynadırdı. "Zenit"in yetirməsi fiziki cəhətdən güclü və hündürdür, üstəlik, mövqeyi də dəyişməmişdi. Ancaq zəif təsir bağışladı, heç bir qol vura bilmədi".

Qeyd edək ki, siyahıya Malkom ("Zenit"),  Maksimilian Filipp ("Dinamo"),  Quus Til ("Spartak"), Tonni Vilyena ("Krasnodar"), Reziuan Mirzov ("Spartak"), Kayo ("Krasnodar"), Elmir Nabiullin ("Soçi"), Lukas Santos (SSKA) və Andre Şürrle ("Spartak") daxil olub.