Rusiya millisi finala belə çıxdı

AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, I qrupunda qərarlaşan Rusiya yığması Nikosiyada yerləşən GSP stadionunda Kiprin qonağı olub. Qarşılaşma rusların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Kipr - Rusiya - 0:5
Qollar
: Denis Çerışev, 9, 90+2, Məhəmməd Ozdoyev, 22, Artem Dzyuba, 79, Aleksandr Qolovin, 89
Qırmızı vərəqə: Konstantinos Laifis, 27 (Kipr)