Rusiya millisi Mundialda bu heyətlə çıxış edəcək
DÇ-2018-də çıxış edəcək Rusiya millisinin yekun heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Stanislav Çerçesovun müəyyənləşdirdiyi "23-lük"də Aleksandr Səmədovun da adı var:
Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Brügge”, Belçika), Andrey Lunyev (“Zenit”).
Müdafiəçilər: Sergey İqnaşeviç, Mario Fernandes (hər ikisi MOİK), Vladimir Qranat, Fyodor Kudryaşov (hər ikisi “Rubin”), Andrey Semyonov (“Axmat”), İqor Smolnikov (“Zenit”), İlya Kutepov (“Spartak”).
Yarımmüdafiəçilər: Aleksandr Yeryoxin, Yuri Jirkov, Daler Kuzyaev (hamısı “Zenit”), Aleksandr Qolovin, Alan Zaqoev (hər ikisi MOİK), Roman Zobnin, Aleksandr Səmədov (“Spartak”), Yuri Qazinski (“Krasnodar”), Anton Mirançuk (“Lokomotiv”), Denis Çerışev (“Vilyarreal”, İspaniya).
Hücumçular: Artyom Dzyuba (“Arsenal”), Aleksey Mirançuk (“Lokomotiv”), Fyodor Smolov (“Krasnodar”).
Qeyd edək ki, Rusiya millisi "A" qrupunda Uruqvay, Misir və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.