Rusiya millisinin üzvü Fransa klubunda

Rusiya millisinin üzvü Aleksandr Qolovin karyerasını Fransada davam etdirəcək. O, "Monako" ilə razılığa gəlib.

SportLine.az xəbər verir ki, bu barədə klubun rusiyalı prezidenti Vadim Vasilyev mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva MOİK-inin üzvü ilə beş illik razılıq əldə olunub.

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 43 oyunda iştirak edib, 7 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbol Dünya çempionatında 4 oyunda meydanda olub, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.