Rusiya - Türkiyə matçında anşlaq olacaq
Rusiya və Türkiyə milli komandaları bu gün yoldaşlıq matçında üz-üzə gələcəklər.
Sportline.az xəbər verir ki, Moskvanın 30 minlik "VEB Arena" stadionunda keçiriləcək oyunda anşlaq olacaq. Rusiya mətbuatı yoldaşlıq görüşü üçün satışa çıxarılan bütün biletlərin öz sahibini tapdığı haqda məlumat yayıb.
Qeyd edək ki, Rusiya-Türkiyə qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20-00-da başlanacaq.