Rusiya - Türkiyə matçının yeri dəyişdirilir

İyunun 5-inə təyin olunan Rusiya-Türkiyə yoldaşlıq matçının yeri dəyişdirilə bilər. 

Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqı "Dinamo" stadionunun hazırlığından narazı qalıb. Bu səbəbdən yeni tikilən arenanın açılış matçı kimi nəzərdə tutulan görüşün, ÇSKA stadionuna keçiriləcəyi gözlənilir.