Rusiyada çempion müəyyənləşdi
Rusiya Premyer Liqasında 2017-18-ci il mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, sona bir tur qalmış "Zenit"i məğlub edən Moskva "Lokomotiv"i çempionluğu rəsmiləşdirib.
Ən yaxın izləyicisi "Spartak"ı 4 xal qabaqlayan "dəmiryolçular" 14 ildən sonra Premyer Liqada qələbə sevinci dadıblar.
Qeyd edək ki, "Lokomotiv"in baş məşqçisi "Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomindir.
05 may 2018
Rusiya Premyer Liqası
29-cu tur
"Lokomotiv" - "Zenit" - 1:0
"Spartak" - "Rostov" - 2:0
"SKA-Xabarovsk" - "Krasnodar" - 0:1
"Tosno" - "Dinamo" (Moskva) - 1:2
Standings provided by Sofascore LiveScore