Rusiyada növbəti təyyarə qəzası həyəcanı
Perulu azarkeşləri Yekaterinburdan Moskvaya gətirən təyyarədə alışma olub.
Sportline.az sport-express.ru-ya istinadən xəbər verir ki, enişə 20 dəqiqə qalmış, sərnişinlər partlayış səsi eşidiblər. Ardınca salona tüstü dolub. İlkin ehtimallara görə, problem təyyarənin mühərrikindəki nasazlıqdan qaynaqlanıb.
Qeyd edək ki, bu, dünya çempionatı ərzində yaşanan ikinci anoloji həyəcandır. Bir neçə gün öncə, Səudiyyə Ərəbistanı millisini Rostova aparan təyyarədə də eniş zamanı yanğın baş vermişdi. Xoşbəxtlikdən, hər iki hadisə zamanı xəsarət alan olmayıb.