Rusiyalı futbolçulara hökm oxundu

Rusiyanın “Zenit” komandasının üzvü Aleksandr Kokorinlə “Krasnodar”ın futbolçusu Pavel Mamayevə hökm oxunub.

Sportline.az xəbər verir ki, məhkəmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Kokorini 1,5 illik, Mamayevi isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Hadisənin digər iştirakçıları – Aleksandrın qardaşı Kirill 1,5 illik, onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib. Onlar qərar qüvvəyə minənə qədər həbsdə qalacaqlar.

Qeyd edək ki, futbolçularla yanaşı, Aleksandr Kokorinin qardaşı Kirill və onların dostu Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.