Rusiyalı məşqçi Şeydayevi fərqləndirdi

Rusiyanın gənclərdən ibarət seçmə komandasının məşqçisi Nikolay Koçeşkov 2013-cü ildə Avropa çempionu olan U-17 komandasındakı oyunçularla bağlı "Biznes Online"a açıqlama verib.

Sportline.az xəbər verir ki, mütəxəssis həmin vaxt Rusiyanın U-17 komandasında oynayan Azərbaycan millisinin üzvü Ramil Şeydayev və Moskva "Spartak"ında çıxış edən Ayaz Quliyev barədə bunları deyib:

"U-17 oynamış Aleksandr Qolovin və Dmitri Barinovdan başqa, Rifat Cəmaləddinov, Ayaz Quliyev və Anton Mitryuşkin də var. Ramil Şeydayev indi "Dinamo"da çıxış edir. Ramil komandamızın ən yaxşı bombardiri idi. Həqiqətən 5 il bu komandadan istifadə etdik. Onlarla il ərzində 5-6 dəfə görüşürük".

Ramil Şeydayev Rusiyanın U-16, U-17, U-18, U-19, U-21 milli komandalarında çıxış edib.