Ruslan Abışov 6 ay oynamayacaq
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Uypeşt"ə qarşı keçirilən görüşdə xəsarət alan Ruslan Abışovun zədəsi ciddidir. SportLine.az xəbər verir ki, futbolçunun qardaşı Sərxan İbrahimoğlu onun 6 ay yaşıl meydanlardan uzaq qalacağını deyib.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi "Uypeşt"lə oyunun 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə sifətindən zərbə alaraq meydanı xərəkdə tərk etməli olmuşdu.