Ruslan Abışov sıraya dönür

"Neftçi"nin futbolçusu Ruslan Abışovun sıraya dönəcəyi vaxt müəyyənləşib.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi, Türkiyədə keçiriləcək təlim-məşq toplanışına qatılacaq. 

O, yanvarın 11-də "Neftçi" ilə birgə məşqlərə başlayacaq. 

Qeyd edək ki, Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsində "Uypeşt" ilə oyununda zədələnmişdi.