Ruslan Abışov yenə komandadan ayrı məşq etdi
"Neftçi” komandası Topaz Premyer Liqasının XII turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığını başa vurub.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, flaqman bu gün "Bayıl Arena”da oyunöncəsi son məşqə çıxıb. Ruslan Abışov və Məhəmməd Mirzəbəyovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, noyabrın 25-də "Bayıl Arena”da keçiriləcək görüş saat 17:00-da start götürəcək.