Ruslan Abışovun "Neftçi"dəki taleyi aydınlaşdı

"Neftçi" daha bir futbolçu ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, söhbət kapitan Ruslan Abışovdan gedir. 

Klub 31 yaşlı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Abışov 2003-12-ci illərdə "Neftçi"nin formasını geyinib. Təcrübəli futbolçu daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter" kimi komandalarda oynayıb. Azərbaycan millisinin müdafiəçisi 2017-ci ildə "ağ-qaralar"a geri dönmüşdü.