Ruslan Qurbanov "Qəbələ"dən getdi

Azərbaycan millisinin üzvü Ruslan Qurbanov "Qəbələ" ilə yolları ayırıb. SportLine.az xəbər verir ki, futbolçu özü bu barədə məlumat verib.

27 yaşlı hücumçu şəxsi "Facebook" hesabında klub rəhbərliyinə ona indiyə kimi göstərdiyi inam və dəstəyə görə təşəkkür edib. R.Qurbanov "Qəbələ"yə Avroliqada uğurlar arzulayıb.

Qeyd edək ki, 2016-cı ildən "Qəbələ"nin şərəfini qoruyurdu.