Ruslan Qurbanov "Səbail"də
"Qəbələ"dən ayrılan Ruslan Qurbanovun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, futbolçu karyerasını "Səbail"də davam etdirəcək.
Qol.az-a açıqlamasında futbolçu, “Səbail”lə razılığa gəlmişəm. Millimizlə səfərdən qayıtdıqdan sonra yeni komandamla 1 illik müqavilə bağlayacağam”, - deyib.
Qeyd edək ki, Qurbanov hazırda milli komandamızın düşərgəsindədir. Yığmamız iyunun 5-də Astanada Qazaxıstan, 9-da isə Riqada Latviya seçməsi ilə yoldaşlıq oyunları keçirəcək.