Ruslan Qurbanov "Səbail"dən ayrıldı

Millimizin üzvü Ruslan Qurbanov "Səbail"dən ayrılıb.  

Sportline.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında açıqlama verib. 

Onun sözlərinə görə "Səbail"dən ayrılmaq onun üçün çətin olub: "Komandaya Avropa Liqasında uğurlar arzulayıram. Kluba isə bizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Ruslan Qurbanov 2018-ci ilin yayından "Səbail"də mübarizə aparır.