Ruslan Qurbanov xorvatiyalı futbolçularla görüşdü

“Keşlə”nin hücumçusu Ruslan Qurbanov Xorvatiya seçməsinin düşərgəsində olub.

Sportline.az xəbər verir ki, Uels və Xorvatiya ilə seçmə oyunlarına dəvət almayan Qurbanov xorvatların iki futbolçusu ilə görüşmək üçün onların qaldığı otelə yollanıb.

Ruslan vaxtilə “Hayduk” klubunda birgə oynadığı Miyo Çaktaş və “Neftçi”də komanda yoldaşı olduğu Dario Melnyakla görüşüb.