Ruslan Qurbanovun "Səbail"ə keçidi rəsmiləşdi

Azərbaycan millisinin üzvü Ruslan Qurbanovun "Səbail"ə keçidi rəsmiləşib. SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə bir illik müqavilə imzalanıb. 

Qeyd edək ki, R.Qurbanov daha öncə "Qəbələ", "Neftçi" və "Sumqayıt" klublarının şərəfini qoruyub.