"Sabah" 6 futbolçu ilə yolları ayırdı

Azərbaycan Premyer Liqasının debütantı "Sabah” klubu 6 futbolçu ilə yollarını ayırıb.

SportLine.az klubun "Facebook"səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Elşad Əhmədov Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadənin xidmətinə ehtiyac görməyib.

Bu futbolçularla olan müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.