"Sabah" afrikalı futbolçunu sınayır
"Sabah" klubu anqolalı hücumçu Aleksandr Kristavaonu baxışa çağırıb.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu yoxlama oyunlarından üzüağ çıxacağı təqdirdə, onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, Hollandiyanın birinci divizion təmsilçiləri "Qroningen" və "Kambur" kimi klublarda oynamış Kristavaonun son komandası Polşa "Zaqlembe"si olub.